“Azad edilmiş torpaqlarda Böyük Qayıdış davam edir”– ÖZƏL
28 Dekabr 2024 15:37 Siyasət"Azərbaycan 2024-cü ildə də işğaldan azad edilmiş bölgələrin quruculuq prosesini uğurla davam etdiribdir. Ölkəmizin beynəlxalq münasibətlər sistemində tutduğu mövqelər nəticəsində Azərbaycanın 2024-cü ildə dünyada çox vacib məsələləri həll edən ölkə ilə yanaşı daxildə də öz siyasəti ilə örnək addınlar atıbdır. Bu il ərzində də işğaldan azad edilmiş bir çox ərazilərimizrə infrastuktor layihələri uğurla davam etdirilib, işğaldan azad edilmiş bölgələrimizə böyük qayıdış prosesi davam edibdir".
Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Keçmiş məcburi köçkünlərimiz öz dədə-baba torpaqlarına geri dönüblər. Təbii ki, Azərbaycanın atdığı bu addımlar, həmçinin ölkə daxilində məcburi köçkünlərimiz üçün gözəl şəraitin yaranması, onların öz torpaqlarımıza geri qayıtması dövlət olaraq Azərbaycanın nə qədər güclü olduğunu növbəti dəfə nümayiş etdirir. Bu gün düyada ciddi problematikalar mövcud ikən bir çox ölkələr ciddi sosial-iqtisadi təlatümlərlə üz-üzə qalmışkən Azərbaycan çox uğurla Böyük Qayıdış prosesini davam etdiribdir. Təbii ki, işğaldan azad edilmiş bölgələrə qayıdan vətəndaşlarımızın işlərinin, maddi rifah vəziyyətinin nəzərə alınması, uğurlu bir formada qayıtdıqları ərazilərdə məskunlaşmaları Azərbaycan dövlətinib 2024-cü ildə də bu prosesi necə mükəmməl təşkil etdiyinin əyani göstəricisidir. Həm 2025-ci ildə, həm də qarşıdakı bütün illərdə Böyük Qayıdış prosesi, işğaldan azad edilmiş hər bölgədə məskunlaşma prosesi uğurla davam etdiriləcək".
Zeynəb Rzayeva