Binəli Yıldırım Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb
27 Dekabr 2024 18:53 SiyasətTürk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Trend xəbər verir ki, başsağlığı məktubunda deyilir:
"Hörmətli cənab Prezident.
"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Bu dəhşətli qəzada həyatını itirən insanlara Allahdan rəhmət, yaralananların tezliklə şəfa tapmalarını diləyirəm.
Sizə və qardaş Azərbaycan xalqına başsağlığı verirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31