Azərbaycanda bələdiyyələr qrant ala biləcək

Azərbaycanda bələdiyyələrin qrant alması üçün hüquqi əsaslar yaradılması ilə bağlı qanun təsdiqlənib.

Olaylar xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Qrant haqqında" qanuna dəyişikliyi təsdiqləyib.

Dəyişiklik bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi məqsədi güdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31