COP29 Azərbaycana beynəlxalq maliyyə və texnoloji dəstək üçün yeni imkanlar yaradacaq- ÖZƏL
20 Noyabr 2024 11:00 Siyasət"Azərbaycanın digər ölkələrlə, xüsusilə də inkişaf etməkdə olan dövlətlərlə birgə iqlim dəyişikliyinin qarşısının alınması və qlobal ekosistemin qorunması istiqamətində birgə layihələr həyata keçirməsi ehtimalı artacaq. Bu, həmçinin Azərbaycana beynəlxalq maliyyə və texnoloji dəstəyin təmin edilməsi üçün yeni imkanlar yaradacaqdır". "Olaylar" xəbər verir ki, bunu YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov deyib:
"Azərbaycan, xüsusən də son illərdə iqlim dəyişikliklərinə qarşı mübarizə sahəsində mühüm addımlar atmışdır. Bərpa olunan enerji mənbələrinin inkişafı, ekoloji tarazlığın qorunması və karbon emissiyalarının azaldılması istiqamətində həyata keçirilən layihələr ölkəmizin bu sahədə beynəlxalq səviyyədə etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. COP29-a ev sahibliyi etmək hüququnun qazanılması Azərbaycanın bu istiqamətdə atdığı addımların beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha göstərir".