Ölkəmiz əleyhinə yalanlar tirajlamaq ikiüzlülük və riyakarlıq əlamətidir- ÖZƏL

"Avropa Şurasının Azərbaycan əleyhinə qərarlarının bizim üçün heç bir əhəmiyyəti ola bilməz. Nəzərə almaq lazımdır ki, Avropa Şurasının müxtəlif qurumları Azərbaycanla bağlı hazırladığı hesabatlarda ədalətə və obyektivliyə deyil, özlərinin biryanlı, qəbuledilməz yanaşmalarına üstünlük verirlər". 

Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Bu da bir daha göstərir ki, Avropa Şurası ayrı-ayrı qurumları Azərbaycana yanaşmada dürüstlüyü heç vaxt əsas götürməyəcəklər. Bu gün Azərbaycanın multikultural, çoxkültürlü ölkə olduğunu burada yaşayan vətəndaşlarımızla yanaşı, buraya gələn bütün xarici qonaqlar bilirlər. Amma bütün bunlara rəğmən təəssüflər olsun ki, Azərbaycan əleyhinə verilən açıqlamalarda boş-boşuna siyasi yalanlar, bəyanatlar və dezinformasiyalara istinadlar yer alır. Bu baxımdan Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurasına çox layiqli və gözəl cavab verib. Bütövlükdə Azərbaycanın bu gün multikultural mənzərəsini görməyib, hansısa siyasi dairələrin ölkəmiz əleyhinə yalanlarını tirajlamaq və bunu hesabatlara daxil etmək ikiüzlülük, riyakarlıq və qeyri-səmimilik əlamətidir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31