Türk Dövlətləri arasında inteqrasiyanın yeni perspektivləri – Elmir Səftərov – ÖZƏL

"Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra ölkəmizin Türk dövlətləri ilə  əlaqələri ictimai, siyasi, iqtisadi, mədəni ümumilikdə isə bütün sahələrdə intensiv şəkildə inkişaf edir. Bu intensivlik digər Türk ölkələrinin bir-biri ilə tarixdən gələn bağlılıqlarını, qarşılıqlı faydalı əməkdaşlığını da dərinləşdirir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib:

"Bu proses, həmçinin bütün sahələrdə türk xalqlarının bir-birinə yaxınlaşmasına  təkan verir. İstər Türk dövlətlərinin 34 hərfdən ibarət vahid əlifbası yaradılması üzrə irəliləyişlərin əldə edilməsi, istər ortaq pul vahidi, istərsə də himnin hazırlanması ideyaları hazırkı mürəkkəb geosiyasi reallıqlar müstəvisində vacib əhəmiyyət daşıyır və deyərdim ki, gələcək perspektivlər baxımından həyati əhəmiyyətə malikdir".

E.Səftərov, həmçinin qeyd edib ki, atılan bütün addımlar TDT-yə üzv ölkələr arasında təmasları daha da sıxlaşdırır, əlaqələri gücləndirməyə xidmət edir. Bu da tarixi qardaşlıq münasibətlərini möhkəmləndirir, dünyadakı təhdidlər fonunda birgə koordinasiyanı artırır. Eyni zamanda, Türk dövlətlərinin daha da yaxınlaşması bölgədəki ölkələrin davamlı inkişafına, sülhə təkan verir. 

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31