Ölkəmizin enerji resurslarından səmərəli istifadəsi dünyanın enerji xəritəsini dəyişdi- ÖZƏL

"Reallıq budur ki, ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi bu gün iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin dünyanın enerji xəritəsini dəyişməsindəki rolunda özünün aydın ifadəsini tapır. Bu fikir daim önə çəkilir ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub". "Olaylar" xəbər verir ki, bunu YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov deyib: "Lakin bu marağın zaman-zaman dəyişdiyi diqqətdən kənarda qalmır. Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb oldu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Lakin 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkədə vəziyyəti tamamilə dəyişdi, Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ölkəmizdə sabitliyin yaradılması Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə son qoydu. Qeyd etdiklərimizin fonunda enerji strategiyamızı bir neçə mərhələyə bölmək olar. Müstəqilliyimizin bərpasından üç il sonra  ilkin mərhələdə  dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə Azərbaycan oldu. Tezliklə  Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. İki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərinə götürən Azərbaycanın enerji strategiyasının ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlı idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31