Artan uğurlarımızın növbəti göstəriciləri...- ÖZƏL

"Azərbaycan bu gün vacib müzakirələrin aparıldığı çox önəmli beynəlxalq platforma halına gəlib. Bu gün ölkəmizin inkişaf etməsi,  uğurlarının artması, mövqelərimizin beynəlxalq münasibətlər sistemində daha da artmağına səbəb olmuşdur. Bunun nəticəsində COP29-dan həm əvvəl, həm də sonrakı dönəmlərdə  Azərbaycan önəmli müzakirələrin aparıldığı platforma halına gələcək". 

Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Bilirik ki, bundan əvvəl ölkəmizdə ənənə halını alan Qlobal Bakı Forumları, Şuşada media forumları, bir sıra beyin mərkəzlərinin önəmli toplantıları keçirilir, ADA universitetində hər il vacib məsələlər ətrafında müzakirələr aparılır. Bu baxımdan artıq Azərbaycanın qlobal təşəbbüslərlə bağlı önəmli bir platforma halına gəlməsi ölkəmizdə digər dünya səviyyəli müzakirələrin aparılmağına da rəvac verir. Dini Liderlərin Qlobal Sammitinin Bakıda keçirilməsi Azərbaycanın bir müzakirə platforması halına gəldiyini növbəti dəfə nümayiş etdirir. Ölkəmizdə dünyanın müxtəlif coğrafiyalarından dini liderlərin iştirak etməsi, Azərbaycanla bağlı fikirlər səsləndirməsi və Azərbaycanın vacib bir platforma halına gəlməsi artan uğurlarımızın növbəti göstəricilərindən biridir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31