Banqladeş Prezidenti COP29-da iştirak edəcək
31 Oktyabr 2024 15:49 SiyasətBanqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək.
Olaylar xəbər verir ki, bu barədə Banqladeşin Azərbaycana yeni təyin olunan səfiri Amanul Haqın Prezident İlham Əliyevlə görüşündə bildirilib.
Dövlət başçısı əvvəllər Banqladeş Prezidenti ilə təmaslarını xatırlayaraq, Məhəmməd Şahabuddinin COP29-da iştirak edəcəyini məmnunluqla vurğuladı, ona fəaliyyətində uğurlar arzulayıb..
COP29-un əhəmiyyətinə toxunan səfir bu tədbirdə Prezident səviyyəsində təmsil olunacaqlarından məmnunluqlarını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31