Ermənistanın sərhəd qoruyucuları: Xarici güclər və ikili standartların göstəricisi - ÖZƏL
31 Oktyabr 2024 13:51 Siyasət"Ermənistan adlı bu dövlətin sərhədini deyəsən özlərindən başqa hamı qoruyur, ümumiyyətlə indiki yaranmış durumda fikir versəz bu ölkənin bütün dövlətlərlə sərhədləri qeyri-müəyyən vəziyyətdədir, Türkiyə ilə sərhədlər açılmayıb, Azərbaycanla delimitasiya olunası uzun sərhəd mövcuddur, İran sərhədi tərəfdən Zəngəzur dəhlizi məsələsi var. Bütün bunların üzərinə Avropa İttifaqı və Fransanı bura toplamağın nə anlamı var?"
_(3)_(1).jpg)
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib:
"Bütün bunlar onu sübut edir ki, Ermənistan dalan bir dövlətdir, yeni geosiyasi vəziyyət yarandı, Azərbaycan öz torpaqlarını azad etdi, Ermənistanın Rusiya ilə münasibətləri gərginləşib, bütün bunların fonunda heç bir siyasi təcrübəsi olmayan siyasətçi Paşinyan belə demək mümkünsə qalıb ortalıqda və vəziyyəti düzəldə və idarə edə bilmir, bilmir qonşularla sorunları necə həll etsin, sərhədi olmayan dövlətin əsgərləri gəlib bu ölkənin sərhədini qoruyur, onlara da güvənmədiyindən Fransa və Avropanın hansısa kəşfiyyat qruplarını gətirib toplayıb sərhədə. Ermənistan öz problemlərini həll edə bilmirsə buna Azərbaycan nə etsin, Azərbaycan tərəfi sərhədlərin delimitasiyası ilə bağlı komissiya yaradıb, bununla bağlı Azərbaycan Prezidentinin ötən gün sərəncamı oldu. Belə görünür ki, Ermənistana xaricdən təzyiq var, ona görə Azərbaycanla sərhədlərin delimitasiyasında razılığa gəlməkdən qaçır və Aİ-Fransa hərbiçilərini gətirib yenidən Azərbaycan ərazilərinin yaxınlığına, Zəngilan tərəfə toplayıb təxribata cəhd edir, faktiki ərazicə kiçik və dalan olan bu ölkə deyəsən öz ərazisində Qərb, Rusiya və digər qüvvələrin qarşıdurmasını yaratmaq və Azərbaycanı bu oyuna gətirmək istəyir, özü də COP29 ərəfəsində regionda sabitliyi pozaraq qlobal qarşıdurma yaratmaq istəyir, çünki buna başqa ad vermək mümkün deyil.
Qarabağda yaşayan erməni məsələsinə gəlincə, bunu Fransa və ABŞ siyasətçiləri açıq aydın Azərbaycana təzyiq metodu kimi istifadə edirlər, bu açıq aydın görünür. Qarabağ Ermənistan tərəfindən işğal altında olanda orada yaşayan bir ovuc erməniyə görə həmən bu ABŞ və Avropa siyasətçiləri, vəzifəli şəxsləri canla başla qanunsuz olaraq bizdən icazə almadan bizim ərazilərə Qarabağa baş çəkirdilər, orada ermənilərlə görüşüb zamanlarını keçirirdilər. İndi Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra gözü götürməməzlikdən orada yeni məskunlaşmış bizim keçmiş məcburi köçkunlərin biri ilə də gedib görüşüb onlara baş çəkmirlər, elə Qarabağı könüllü şəkildə tərk etmiş bir ovuc erməninin hayındadırlar. Aydın məsələdir ki, bu ikili standart, ikili yanaşma və Azərbaycana təzyiq metodudur. Azərbaycanın haqlı tələbləri yerinə yetirilməmiş heç bir Qarabağda yaşamış erməninin ora qayıtmaq haqqı yoxdur, ümumiyyətlə onların bizim xalqımızın başına gətirdiyi müsibətlərdən sonra mən hesab edirəm ki, onların Qarabağa qayıtmaq haqqı yoxdur. Ağılları olardı Azərbaycanın qanunlarını vaxtında qəbul edib qalardılar, bu sonradan Qərb dövlətləri tərəfindən verilən bəyənatlar heç nəyi dəyişən deyil".
Qiymət Mahir