“Soyqırım” bizim üçün prioritet deyil"

Osmanlı imperiyasında ermənilərə qarşı soyqırımının beynəlxalq səviyyədə tanınması Ermənistanın prioritet vəzifələri siyahısında yoxdur.

Olaylar xəbər verir ki, bunu nazirliyin rəhbəri Ararat Mirzoyan parlamentin maliyyə-büdcə komissiyasında 2025-ci il üçün büdcə layihəsinin müzakirəsi zamanı deyib.

"Erməni soyqırımının beynəlxalq miqyasda tanınmasına gəlincə, mənim prioritetlərimizi sadalayarkən bu məsələyə toxunmadığımdan güman edə bilərsiniz ki, bu, bizim tariximizin faciəvi səhifələrinin öyrənilməsi məsələsi deyil , Erməni Soyqırımını araşdırmaq və ya məsələni prioritetə ​​çevirmək Ermənistan Xarici İşlər Nazirliyinin gündəliyi deyil", - Mirzoyan bildirib.

Onun sözlərinə görə, prioritet vəzifələr siyahısında Bakı ilə münasibətlərin tənzimlənməsi və sülh müqaviləsinin imzalanması, kommunikasiyaların delimitasiyası və blokunun açılması daxildir. (Milli.Az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31