Fransanın Qafqazda kəşfiyyat aktivliyi: Sülhə maneə, yoxsa güc göstərişi? - ÖZƏL
31 Oktyabr 2024 12:54 SiyasətFransız kəşfiyyat nümayəndələrinin Azərbaycanla sərhəd bölgələrinə gəlib destruktiv addımlar atması və Ermənistanın Qərb dövlətlərinin kəşfiyyat orqanlarını cəlb etməsi regionda sülh prosesinə maneə kimi qiymətləndirilir. Fransa səfiri isə Azərbaycanın ermənilərin Qarabağa qayıdışına icazə verməyə "borclu" olduğunu iddia edir. Azərbaycan isə delimitasiya məsələsi həll edildiyi üçün Aİ missiyasının geri çəkilməsini tələb edir, lakin Ermənistan sülh prosesini yubatmaqla vəziyyəti gərginləşdirir.

Fransanın Azərbaycanla sərhəddə kəşfiyyat fəaliyyətlərini açıq şəkildə həyata keçirməsinin hansı geosiyasi mesajı verdiyini siyasi şərhçi Əziz Əlibəyli belə izah edir:
"Birincisi, Fransa Ermənistanı silahlandırır, ikincisi, Qafqazda əsas oyun qurucusu olduğunu göstərməyə çalışır. Gürcüstan seçkilərindən sonra bunun şiddətlənməsi görünən idi. Çünki Qərb mübarizəni müəyyən qədər itki ilə başa vurdu və növbəti Ermənistanın olması da təbiidir. Belə başa düşmək olar ki, Ermənistan uğrunda savaş qızışmaqdadır və Ermənistan bu məsələdə bir növ bölgə ölkələrinin də təsir göstərdiyi, uğrunda mübarizə apardığı bir areala çevriləcək. İndi bundan kim nə məqsədlə istifadə edə bilər? Yanaşma budur".
Qiymət Mahir