Cənubi Qafqazda yeni gərginlik və münaqişə ocağı yaratmaq cəhdləri sıfırlandı- ÖZƏL

"Gürcüstan azərbaycanlıları Qərbin neoimperialist şəbəkələrinin Gürcüstan üzərindən qurmaq istədiyi təhlükəli oyunları pozdu. Nəticədə bu gün Gürcüstan azərbaycanlıları Gürcüstanda oynanmaq istənilən avantürist oyunlara qarşı dürüst və səmimi mövqe ortaya qoydular". 

Bu fikiləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Hesab edirəm ki, məhz azərbaycanlıların bu rolu nəticəsində bu gün Gürcüstanda hansısa xaos yaşanmadı. Neoimperialist şəbəkələrin Gürcüstanda seçki prosesini pozmaq, bu ölkəni qarışdırmaq və Cənubi Qafqazda yeni gərginlik və münaqişə ocağı yaratmaq ehtimalları və cəhdləri tamamilə sıfırlanmış oldu. Bu gün bölgəyə qarşı təhlükəli planlar qurmaq istəyən xarici dairələrin arzuları ürəklərində qaldı".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31