FETÖ şəbəkəsi Türkiyə dövlətçiliyinə hansısa bir zərbə vura bilməz- ÖZƏL
23 Oktyabr 2024 10:40 Siyasət"FETÖ çox xain bir terror təşkilatıdır və bu terror təşkilatının Türkiyə dövlətinə düşmən fəaliyyəti, xarici güc faktorlarının əlində oyuncaq olmağı bəlli bir məsələdir. Hələ də Amerika Birləşmiş Ştatlarında və Qərbin müxtəlif ölkələrində arxa yerlərdə gizlənən xain terror şəbəkəsinin üzvləri var və təəssüflər olsun ki, beynəlxalq hüquqdan, ədalətdən dəm vuran Qərb dövlətləri ABŞ də başda olmaq üzrə Türkiyənin FETÖ xainlərinin Türkiyəyə təhvil verilməsi ilə bağlı çağırışlarına əməl etmək istəmir. Bu gün Türkiyəyə, insanlığa qarşı xain planlar quran bu terror təşkilatının sonuna gəlinib çatılıb. Amma hər halda Türkiyə hüquq mühafizə orqanları və güc strukturları da FETÖ- yə qarşı mübarizəsinin əməliyyatlarını davam etdirəcəkdir. Bu terror şəbəkəsinin bəzi üzvləri hələ də gizlənirlər".

Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Eyni zamanda, xarici ölkələrdə antitürkiyə fəaliyyətlərini davam etdirirlər. Yem aldıqları qapılardan umacaqları olduğu üçün Türkiyəyə qarşı düşmənçiliyi bir rəsmi ideologiya siyasət halına gətirərək həmin xarici dairələrə, havadarlarına özlərini sübut eləməyə çalışırlar. Amma dediyim kimi, FETÖ xain şəbəkəsi heç bir halda Türkiyə dövlətçiliyinə bundan sonra hansısa bir zərbə vura bilməz".
Zeynəb Rzayeva