Ukrayna ABŞ və Qərbin əlindən çıxır- ÖZƏL
23 Oktyabr 2024 09:51 SiyasətABŞ-ın müdafiə naziri Lloyd Austin Ukraynada rəsmi səfərdədir. Məqsədi Ukraynanı dəstəklədiklərini Zelenskiyə və Ukrayna xalqına bir daha bildirməkdir. O Ukrayna Prezidentini Amerikanın əsil məqsədinə inandıra bilibmi? Olaylar-ın məlumatına görə, politoloq Əlimusa İbrahimov bildirib ki, hələlik görüşün təfərrüatları dəqiq məlum deyil: "Məlum olan odur ki, Zelenskinin artıq boş vədlərə inanmaq üçün fürsəti yoxdur. Ukraynaya dəstək lazımdır. Bu dəstək isə lazım olan həddə deyil. Ya Amerikalıların günahı üzündən, ya da Zelenskinin səriştəsizliyi, fərq etmir. Görünən odur ki, Ukrayna Qərbin və ABŞ-nin əlindən çıxır, yavaş-yavaş, addım-addım.
Ukraynada keçirdiyi mətbuat konfransında ABŞ-nin müdafiə Lloyd Austin İsrailin İrana hücumu ilə bağlı sualı da cavablandırıb. "İsrailin İrana hücumunun necə olacağını dəqiq söyləmək çətindir. "Bu, İsrailin qərar verə biləcəyi bir şeydir" deyib.
Sual yaranır : Əgər İsrail Yaxın Şərqdə özü bildiyi kimi addım atırsa, bəs Amerikanın nəzarəti haradadır? Amerika bu qədər silah və maliyyə yardımını İsrailə ona görə verirmi ki, o özü istədiyi kimi hərəkət etsin?
Düşünürəm ki, belə deyil, ABŞ-ın müdafiə Naziri İsrailin sadəc onlarla hesablaşmadığını etiraf etmək istəməyib. Çox ağır vəziyyətdir. İllərlə milyardlarla pul xərcləyib, dövlət qurasan, sonda bu dövlət öz mənafeyi naminə səni qurban versin. İsrail Amerikanı eşitməməklə Yaxın Şərqdə bir presedent yaradır. Bundan sonra regionda onun sözü ilə hansı dövlət hərəkət edəcək?"