Zəngilana nəzarət Ermənistanın qondarma rejimlə əlaqəsini kəsdi- ÖZƏL

"Azərbaycan Silahlı Qüvvələri Zəngilana nəzarət etməklə, həm də Qubadlı və Ermənistan istiqamətindən gələn erməni qüvvələrinin mühasirəyə salınmasına və bu cəbhə bölgəsində yeni qələbələr qazanılmasına nail oldu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ramid Namazov deyib: "Ermənistanın qondarma rejimlə əlaqəsini təmin edən İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolunun əsas hissəsi də Ordumuzun nəzarətinə keçdi, Bartaz, Sığırt, Şükürataz və daha 5 adsız yüksəkliyinin azad olunması isə Ordumuza əhəmiyyətli üstünlük qazandırdı. Zəngilan rayonu işğaldan azad edildikdən sonra Azərbaycan Ermənistanla sərhəddəki strateji ərazilərə və tarixi (qərbi) Zəngəzur bölgəsinə nəzarət imkanlarını əldə edib. Zəngilan rayonunun azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyini dövlətimiz yüksək qiymətləndirib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31