Qubadlının azad edilməsi Azərbaycanın cənub-qərb bölgəsində hərbi üstünlüyünü təmin etdi- ÖZƏL

"Vətən müharibəsində Azərbaycan Ordusunun daha bir möhtəşəm Qələbəsi isə 25 oktyabr 2020-ci il tarixində Qubadlı şəhərinin işğaldan azad olunmasıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Azərbaycanın cənub-qərbində yerləşən, dağlıq və yarı-dağlıq əraziyə malik Qubadlı strateji əhəmiyyətə malikdir. Qubadlının azad edilməsi Azərbaycanın cənub-qərb bölgəsində hərbi üstünlük əldə etməsində mühüm rol oynadı, çünki rayon Ermənistanla sərhəddə yerləşirdi. Rayonun coğrafi mövqeyi Qarabağın digər rayonlarına nəzarət və Ermənistanla sərhəd boyunca üstünlük qazanmaq baxımından xüsusi əhəmiyyət daşıyırdı. Həmçinin Qubadlının işğaldan azad edilməsi Laçın dəhlizinə yaxınlığı ilə də strateji üstünlük qazandırdı və bu, Azərbaycanın gələcək hərbi əməliyyatlarını asanlaşdırdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31