Zəngilanın regional səviyyədə mühüm mərkəzə çevrilməsi hədəflənir- ÖZƏL

"Böyük Qayıdış Proqramı Zəngilan əhalisinin öz doğma torpaqlarına qayıdışını təmin etmək üçün müxtəlif sosial layihələr həyata keçirir. Məcburi köçkünlər üçün müasir yaşayış evləri inşa edilir, yeni iş yerləri yaradılır, təhsil və səhiyyə xidmətləri təkmilləşdirilir. Bu proses, zəngilanlıların doğma şəhərlərində rahat və firavan həyat sürmələrinə yönəlib". "Olaylar" xəbər verir ki, bunu YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev deyib: "Eyni zamanda, proqram bölgənin sosial-iqtisadi inkişafı ilə yanaşı, məcburi köçkünlərin psixoloji və sosial adaptasiyasına da diqqət yetirir. Qayıdan əhali üçün müxtəlif sosial layihələr və təlim proqramları təşkil olunur. Zəngilan Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən layihələr təkcə şəhərin yenidən qurulması deyil, həm də onun gələcək inkişafının təməlini qoyur. Bu proqram, Zəngilanı yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi deyil, həm də ölkənin strateji əhəmiyyətli bölgələrindən birinə çevirmək məqsədi daşıyır. Yeni nəqliyyat, ticarət və sənaye layihələri ilə Zəngilanın həm yerli, həm də regional səviyyədə mühüm mərkəzə çevrilməsi hədəflənir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31