Ərazilərin minalardan təmizlənməsi əhalinin təhlükəsiz qayıdışına təminat verir- ÖZƏL

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən "ağıllı kənd" layihələri Qubadlıda da tətbiq olunur. Bu layihələr çərçivəsində müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı, ekoloji təmiz enerji mənbələri və rəqəmsal idarəetmə sistemləri istifadəyə verilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: "Qubadlı rayonu tarixən kənd təsərrüfatı üçün əlverişli bir bölgə olmuşdur. Yenidənqurma planlarının bir hissəsi olaraq, bölgədə kənd təsərrüfatının bərpası və inkişafı üçün infrastruktur yaradılır. Əkinçilik və heyvandarlıq üçün torpaqların yenidən istifadəyə verilməsi nəzərdə tutulur, bu da regionun iqtisadi inkişafına təkan verəcək.

Yenidənqurma işlərinin əsas mərhələlərindən biri də ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesidir. Qubadlıda geniş miqyasda aparılan minalardan təmizləmə əməliyyatları əhalinin təhlükəsiz şəkildə qayıdışı və bərpa işlərinin aparılması üçün mühüm şərtdir. Qubadlının bərpası ilə yanaşı, keçmiş məcburi köçkünlərin geri qaytarılması prosesi də dövlətin diqqət mərkəzindədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31