Ermənilərin törətdikləri vandalizmləri unutmamışıq- ÖZƏL

" 44 günlük Vətən müharibəsinin hər günü tariximizə qələbə səhifəsi kimi yazıldı. Bu baxımdan bu mühüm məqamı da böyük qürur hissi ilə qeyd edirik ki, 25  oktyabr Qubadlı Şəhəri Günüdür". "Olaylar" xəbər verir ki, bunu YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev deyib: "Hər bir tarixi gün keçilən yolun təhlilini bir tələb kimi qarşıya qoyur. Qarabağ münaqişəsi tarixə qovuşsa da, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün  qarşı tərəfə sülh təklifi edilsə də mənfur düşmənin 30 ildə bu torpaqlarımızdakı vəhşiliklərini, çox da uzaq olmayan 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə törətdikləri  təxribatları, vandalizmi unutmamışıq. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31