"Onlar niyə hesabat vermirlər?"- Deputat partiyalara səsləndi

"Qanunvericilikdə var ki, partiya hesabat vermirsə, məhkəmə qaydasında buna baxılmalıdır, hətta partiyanın ləğv olunmasına qədər gedib çıxmalıdır. Amma bəzi partiyalar hesabat vermir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib: "Qanun qəbul ediləndən indiyə qədər AXCP və digər bir neçə partiya Mərkəzi Seçki Komissiyasına heç bir hesabat vermir. Qalan partiyalar isə hesabatlarının qarşısında 0 rəqəmini yazırlar. Yəni, heç bir vəsait daxil olmayıb. O zaman sual çıxır ki, müəyyən partiyaların rəhbərləri 20 ildir işləmir?. Bunlar hansı vəsaitlə yaşayırlar, cangüdən saxlayırlar, ən bahalı maşınlarda gəzirlər. Hətta övladları xaricdə ən bahalı universitetdə təhsil alırlar? Onlar niyə hesabat vermirlər? Əgər şəffaflıqdan danışırıqsa, bu məsələlər ən böyük şəffaflıqdır. Ona görə də biz bu qanunu hələ daha da sərtləşdirməliyik. Bütün partiyalar hesabat verməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31