"Saakaşvilinin missiyasını indi Paşinyana həvalə ediblər" - Komitə sədri

"2003-cü ildə Qərbin həyata keçirdiyi rəngli inqilabın növbəti ünvanı Azərbaycan olmalıydı. Hakimiyyət dəyişsəydi, biz nəinki 44 günə qazandığımız torpaq bütünlüyündən məhrum olacaqdıq, üstəlik, Qarabağın müstəqilliyini də tanıyacaqdılar. İndi bildinizmi, bizi gürcü demokratiyasının yolu ilə aparmaq istəyənlərin məqsədləri nəydi? İlham Əliyev rəngli çevrilişləri durdurdu. Avqust müharibəsində Gürcüstanı xilas edən və ona ilk kömək əlini uzadan da bizim dövlət oldu.  Əgər Milli Hərəkat Partiyası 2020-ci ildə iqtidarda olsaydı, Qərbin təzyiqi ilə bu ölkə ərazisindən İrəvana silah daşınmasına razılıq veriləcəkdi".

"Olayalar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib: "İndi sual olunur-xalqı Brüsseldən təyin olunan müasir ingilisdilli Orconikidzelər idarə edəcəkdisə, onda Gürcüstan oğulları Qorbaçovun qanlı ordusunun qabağında niyə qurban gedirdilər. Azadlıq təkcə Kreml və rus imperiyasından deyil, bütün xarici müstəmləkəçilərindən xilas olmaqdır.

Gürcü xalqı gələcəyini özü müəyyənləşdirməlidir. Biz yaxşı görürük ki, Azərbayacana qarşı mübarizə həm də Gürcüstan üzərindən aparılır. Zəngəzur dəhlizinin açılması, Azərbaycan üçün tək nəfəslik olmaq istəyən rəsmi Tbilisinin və indiki hakimiyyəti devirmək istəyənlərin maraqlarına ziddir. Qərb dövlətləri Saakaşvilinin üzərinə qoyduqları missiyanı indi Paşinyana və İrəvana həvalə ediblər.

Ukrayna, Suriya, Əfqanıstan hadisələri bir ibrətdir. Biz Gürcüstanda ictimai-siyasi xaos, regionda beynəlmiləl döyüşlər deyil, sabitlik və təhülkəsilzlik tərəfdarıyıq. Qələbəmiz Gürcüstan üçün nümunə-idealdır. Ən böyük gürcü arzusu-bütöv Azərbaycandır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31