Fransızların Mərakeş və Əl-Cəzairdə törətdiyi cinayətlər unudulmayıb- ÖZƏL

"Fransa prezidentinin Mərakeşə səfəri təsadüf sayılmamalıdır, çünki Fransanın 19- 20-ci əsrlərdə ən böyük koloniyaları məhz Afrikada idi. Məhz Afrika ölkələri içərisində Mərakeş, Əl-Cəzair və digərləri xüsusi yer tuturdular". 

Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Bu gün də Fransanın həmin müstəmləkələrlə münasibətində müəyyən problemlər var ki, bunları yoluna qoymaq lazımdır. Makron hakimiyyəti dövründə Fransa Afrikadan faktiki olaraq qovulmuş vəziyyətdədir. Nigerdə baş vermiş hadisələr, Qadon və digərlərində Mərkəzi Afrika Respublikasından Fransa qoşunlarının çıxarılması və əlaqələrin kəskin şəkildə aşağı düşməsi Fransanın yenidən Afrika istiqamətində diqqətini artırmağına vadar edib. Xüsusilə də, fransızların Mərakeş və Əl-Cəzairdə törətdiyi cinayətlər unudulmayıb və Fransa bu məsələlərlə bağlı məsuliyyət daşıyır, eyni zamanda da bu ölkələrlə münasibətləri qaydaya salmağa çalışır. Bu baxımdan Fransa Makronun dönəmdə  Avropada lider rolunu oynamağa çox cəhd edir. Bunun üçün də keçmiş müstəmləkələrində öz nüfuzunu yenidən artırmaq və təsir imkanlarını genişləndirmək niyyəti güdür. Məsələyə də bu istiqamətdən baxmaq lazımdır. Nəzərə alınmalıdır ki, Afrika ölkələrindən Fransaya və Avropanın digər istiqamətlərinə təbii qazın tədarükü məsələləri müzakirə olunacaq məsələlərdən də biridir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31