Azərbaycan Cənubi Qafqazın əsas siyasi aktorudur- ÖZƏL
11 Oktyabr 19:53 Siyasət"Əslində belə halları biz əvvəllər də görmüşük. Azərbaycan beynəlxalq irimiqyaslı tədbirlərə ev sahibliyi etməyə hazırlaşanda həmişə belə oxşar ssenarilər işə düşür və qarayaxma kampaniyası başlayır".
Bu fikirləri siyasi şərhçi Kənan Novruzov Olaylar.az-a açıqlamasında bildirib:
"Sanki Azərbaycanın uğurlarını həzm etmək istəməyən qüvvələr işə düşürlər. İndi də bilirsiniz ki, COP29 ərəfəsidir və bu baxımdan Azərbaycana qarşı həyata keçirilən təzyiqləri də belə bu kontekstdə qiymətləndirməliyik. İkinci bir tərəfdən, sözsüz ki, ABŞ regionda maraqlıdır və Cənubi Qafqaza müdaxilə etmək niyyətindədir. Bunun üçün də regionun ən zəif bəndi və təsir ediləsi qüvvə kimi Ermənistandan istifadə olunur . Çünki Azərbaycana təsir etmək bilirsiniz ki, mümkün deyil. O baxımdan Ermənistandan kart kimi istifadə olunur. Azərbaycanın xarici siyasətində müəyyən dəyişikliklər və redaktələr olacaq. Bu artıq hiss olunur, amma Azərbaycanın iradəsinə ABŞ-nin təsir etməsi düşünmürəm ki, realdır. Azərbaycan Cənubi Qafqazın əsas siyasi aktorudur və ABŞ Cənubi Qafqazda olmaq istəyirsə, Azərbaycanla hesablaşmalıdır, Azərbaycanla hesablaşmırsa, deməli, Cənubi Qafqazda olma ehtimalı çox aşağıdır. Amma bir daha təkrar edim ki, ABŞ şübhəsiz ki, Cənubi Qafqazda olmaqda maraqlıdır. Bunun üçün Ermənistan kartından istifadə olunur və bu gün Rusiya ilə ABŞ arasında Cənubi Qafqaz uğrunda ciddi mübarizə gedir".
Zeynəb Rzayeva