ABŞ ədalətsiz yanaşma ortaya qoyur- ÖZƏL

"III MDB Oyunlarına ev sahibliyi hüququnun ölkəmizə verilməsi Müstəqil Dövlətlər Birliyi təşkilatı daxilində Azərbaycana inamın yüksək olmasının təsdiqidir. Belə genişmiqyaslı idman tədbirini ancaq Azərbaycan kimi güclü dövlət təşkil edib uğurla keçirə bilər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "III MDB Oyunları gələn il keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Bütün bunlar Azərbaycanın ən müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etmək gücündə və imkanında olduğunu təsdiqləyir.
Prezident İlham Əliyev Moskvaya səfəri çərçivəsində "Rossiya-1" televiziya kanalına müsahibəsi zamanı Qərbin, xüsusilə ABŞ-ın sanksiya siyasətini tənqid edib. Həqiqətən də, ABŞ bu məsələdə ədalətsiz yanaşma ortaya qoyur. Uzun illər Ermənistanın məkrli siyasətindən əziyyət çəkmiş Azərbaycana qarşı ABŞ konqresmenlərinin bu gün sərgilədiyi mövqe, onların işğalçılara və erməni separatçılarına "xoş münasibəti" də bunu təsdiqləyir. Bu cür selektiv yanaşmağa, ikili standartlara son qoyulmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31