Laçın yenidən sülh və əmin-amanlıq dövrünə qayıdıb- ÖZƏL

"Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunur". "Olaylar" xəbər verir ki, bunu YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev deyib: "Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdırlar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.
Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Laçın şəhərinə xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır. Çünki erməni vandalizminə məruz qalan abidələrimiz bərpa oluna və yenidən Azərbaycan xalqının maddi mədəniyyətini dünyaya nümayiş etdirə bilər. Artıq Laçın yenidən sülh və əmin-amanlıq dövrünə qayıdıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31