İlham Əliyevin rəhbərliyi dövründə vətənpərvər bir gənclik formalaşdı- ÖZƏL

"Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti qarşısına qoyduğu bütün vəzifələrin öhdəsindən layiqincə gəldi". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib: "Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinə dünya ictimaiyyətinin susqunluğu, bəzi Qərb dairələrinin Cənubi Qafqaza yanaşmasındakı ikili standartları Azərbaycan xalqını və dövlətini haqq yolundan döndərə bilmədi. Əksinə, xalqımız öz dövlət başçısının ətrafında daha da sıx birləşdi və tam əmin idi ki, haqq-ədalətin bərpa olunacağı gün uzaqda deyil.
Cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə çox vətənpərvər bir gənclik formalaşdı. Dövlət başçısı ordumuzun gücləndirilməsi istiqamətində yorulmadan çalışdı. Ən müasir silahlarla təchiz edilərək qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək gücünə malik Azərbaycan Ordusu cəmi 44 günə düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Eyni zamanda, 2023-cü il  sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri şanlı ordusunun nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi. Düşmən ağ bayraq qaldıraraq təslim oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31