Paşinyan ayaqüstü mesajı ilə nə demək istəyirdi?-Əziz Əlibəyli- ÖZƏL
10 Oktyabr 2024 16:44 Siyasət"Üçtərəfli görüş ona görə baş tutmadı ki, Azərbaycan Prezidenti hələ ki, ümumi məsələlərin bəzilərinin razılaşdırılmamasını əsas gətirdi".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib:
"Paşinyana diqqət elədinizsə, ayaqüstü mesajı, atmacası həm də bununla bağlı idi ki, biz bu dəqiqə müqavilə bağlamağa hazırıq. O necə müqavilə ola bilər ki, Ermənistanın konstitusion dəyişikliyi həyata keçirilmir, ərazi iddiası qanunvericiliyində qalır. Başqa formada kommunikasiyaların açılması, Azərbaycanın tərəfdar olduğu modellə etməkdənsə, hərtərəfli açılım eksteritorial, ərazi prinsipinin olub-olmamasını dəqiq müəyyən eləyə bilmir. Yəni bunlar çox önəmli nüanslardır. İndi müqavilə bağlayıb sonra təzədən böyük müzakirələrə, mübarizələrə səbəb olacaq addımların atılması mənasızdır. Azərbaycanın ona görə yanaşması fundamental həll variantına söykənir: "İmzalayaq, amma hər şey imzalayaq" prinsipi".
Qiymət Mahir