COP29 Azərbaycan üçün çox önəmli bir tədbirdir- ÖZƏL

"COP29 Azərbaycan üçün çox önəmli bir tədbirdir. COP29-un başlamağına az qalmış bir müddətdə Bakıda iki gün ard-arda COP-a hazırlıq tədbiri keçirilir. Təbii ki, bu ölkəmizin artan mövqeyini, beynəlxalq münasibətlər sistemindəki gücünü bir daha göstərmiş olur". 

Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan dünyanın önəmli güc mərkəzlərindən biri halına gəlibdir. Artıq ölkəmizin mövqeləri ilə hər kəs hesablaşır. Azərbaycan artıq təkcə regional yox, qlobal məsələlərin müzakirəsində də vacib bir ölkə halına gəlibdir. İqlim məsələsi elə bir məsələdir ki, bu təkcə bizi yox, özəlliklə dünyada qlobal istiləşmənin artdığı bir dövrdə hamını narahat etməlidir. Bu gün Azərbaycana dünyanın müxtəlif ölkələrindən iqlim məsələləri ilə məşğul olan önəmli simaların səfərləri gerçəkləşir. Bu da bir daha Azərbaycanın gücünü, mövqelərini və COP-la bağlı ölkəmizə göstərilən etimada Azərbaycanın nə qədər yüksək səviyyədə riayət etdiyini göstərmiş olur".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31