Azərbaycan davamlı olaraq bu məsələləri gündəmdə saxlamalıdır - ÖZƏL
10 Oktyabr 2024 15:57 Siyasət"Mən hesab edirəm ki, Azərbaycanın bu cür addımları təqdirəlayiqdir. O baxımdan ki, Ermənistanın törətdiyi bu hadisələrin, azərbaycanlılara qarşı törətdiyi faciəvi hallarla bağlı beynəlxalq instansiyalarda, məhkəmələrdə və digər istiqamətlərdə Azərbaycan iddialar qaldırmalı və mümkün qədər bu iddiaların təmin olunmasına çalışmalıdır".
.jpg)
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Ermənistan Azərbaycana qarşı,azərbaycanlılara qarşı o qədər amansız, qəddar fəaliyyətlər həyata keçirib ki, onların yurd-yuvalarından qovulması, faciəvi şəkildə öldürülməsi, soyqırımlar, maddi mədəniyyət abidələrinin dağıdılması, yerlə yeksan edilməsi, bütün bunlar hamısı, əlbəttə, çox ağrılı məsələlərdir. Azərbaycan davamlı olaraq hesab edirəm ki, bu məsələləri gündəmdə saxlamalıdır. Beynəlxalq instansiyalar bu məsələlərlə bağlı hansı qərarlar verəcəklər, onu biz görə biləcəyik, yəqin ki, müşahidə edəcəyik. Amma indiyə qədər beynəlxalq instansiyaların, beynəlxalq təşkilatların böyük əksəriyyətinin ikili standartlarla məsələlərə yanaşması, Azərbaycana, onun haqq işinə yanaşması bizdə hər zaman təəssüf hissi ilə qarşılanıb və biz hər zaman bu məsələləri çox böyük narazılıqla qarşılamışıq. Bir neçə beynəlxalq təşkilatı çıxmaq şərti ilə, xüsusən İslam Əməkdaşlıq Təşkilatı və s. digərlərinin Azərbaycana qarşı münasibəti, haqq işinə qarşı münasibəti adekvat olmayıb. Yəni bizi narazı salan qərarlar qəbul ediblər. Ümid edirəm ki, Haaqa məhkəməsinin, arbitraj məhkəməsinin, ona aid olan qurumlar və s. bununla bağlı ədalətli qərar verəcəklər. Biz onu gözləyirik və inanırıq ki, erməni faşizmi, ermənilərin azərbaycanlılara qarşı qəddar davranışı və s. layiqincə burada nəinki qiymətləndiriləcək, hətta yeri gələrsə, beynəlxalq məhkəmə tərəfindən cəzalandırılacaq".