Azərbaycan heç bir xarici təzyiqə boyun əyməyəcək- ÖZƏL

"Cənab İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Qərb dövlətlərinin Azərbaycana qarşı sərgilədiyi ikili standartları xüsusi vurğuladı. O, qeyd etdi ki, Ermənistanın 30 illik işğalı və beynəlxalq hüququn pozulması faktına baxmayaraq heç bir sanksiya tətbiq edilməmişdir". "Olaylar" xəbər verir ki, bunu YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova deyib: "Dövlət başçısı qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti, törətdiyi etnik təmizləmə və Xocalı soyqırımına barədə dünya ictimaiyyəti susmuş, Azərbaycanın haqq səsini ucaltmasına isə Qərb dövlətləri mənfi reaksiya göstərmişdir. Ermənistanı himayə edən Qərb ölkələri, xüsusən də Fransa, Azərbaycanın torpaqlarını geri almaq cəhdlərinə qarşı çıxmış və işğalın əbədi olmasına çalışmışdır. Lakin Azərbaycan bu təzyiqlərə baxmayaraq, öz torpaqlarını azad etmişdir. Prezident İlham Əliyev bu çıxışında Azərbaycanın gələcəkdə də öz gücünə arxalanacağını və heç bir xarici təzyiqə boyun əyməyəcəyini bəyan etmişdir.
Dövlət başçısı çıxışında, həmçinin Böyük Qayıdış Proqramı ilə keçmiş köçkünlərin doğma torpaqlarına qayıdışının təmin olunduğunu vurğulayıb. Artıq Azərbaycan Bayrağı azad edilmiş bütün şəhərlərdə, o cümlədən Xankəndi və Xocalıda dalğalanır. Hazırda 100-ə yaxın kəndin bərpası davam edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31