Dövlət başçısı “Rossiya-1” televiziya kanalına müsahibəsində mühüm mesajlar verib- ÖZƏL

"Prezident İlham Əliyev Rusiya Federasiyasına səfəri zamanı "Rossiya-1" televiziya kanalına müsahibəsində mühüm mesajlar verib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Müsahibədə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına toxunulub. Bu xüsusda ABŞ-ın ölkəmizə qarşı əsassız sanksiyalarının mahiyyətindən bəhs edilib. Təbii ki, bu sanksiyalar qeyri-qanuni və əsassızdır. Daha çox Amerikada uzun on illiklər boyu lövbər salmış, bu ölkənin siyasi sisteminə nüfuz etmiş erməni lobbisinin növbəti məkrli planıdır. Azərbaycan haqlı olduğu halda ABŞ Konqresinin bu kimi məsələlər üzərindən qarayaxma kampaniyası aparmasının yolverilməzliyi də dövlət başçısının müsahibəsində öz əksini tapıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31