BMT Baş katibinin müavini COP29 sədrliyinə TƏŞƏKKÜR ETDİ
10 Oktyabr 2024 11:14 SiyasətBMT Baş katibinin müavini Əminə Ceyn Məhəmməd ümumi razılaşmaların əldə olunmasına verdiyi töhfəyə görə Azərbaycanın COP29 sədrliyinə minnətdarlığını bildirib.
Olaylar.az xəbər verir ki, o, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) açılışı zamanı deyib.
"Mən Azərbaycan hökumətinə, COP29-un sədrliyinə, eləcə də COP28-ə və sədrlər üçlüyünə ümumi razılaşmalara nail olmaq üçün keçdiyimiz bütün çətin yola görə təşəkkür etmək istəyirəm", - o bildirib.
Ə.Məhəmməd, həmçinin qeyd edib ki, BMT Azərbaycanı COP29-a sədrliyi və təşəbbüslərində dəstəkləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31