İqlim dəyişikliyi ilə mübarizədə yeni Azərbaycan modeli yaranacaq- ÖZƏL

"İqlim dəyişikliyi artıq bütün dövlətlər qarşısında qlobal çağırış olaraq dayanır. İqlim dəyişikliyi məsələsində beynəlxalq ictimaiyyət, dünya ölkələrinin üzərinə böyük iş və məsuliyyət düşür. Şübhə yoxdur ki, etibarlı tərəfdaş olan Azərbaycan həmişə olduğu kimi, bu dəfə də öz üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirəcək, iqlim dəyişikliyi ilə mübarizədə yeni Azərbaycan modelini yaradacaq". "Olaylar" xəbər verir ki, bunu  YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, biologiya elmləri doktoru, professor Urxan Ələkbərov deyib. O, bu istiqamətdə işlərin Azərbaycanda 2004-cü ildən başlandığını vurğulayıb: "Belə ki, həmin ildə Prezident İlham Əliyev tərəfindən ölkəmizdə alternativ enerji ilə bağlı Milli Proqram təsdiqlənib. O vaxtdan başlanan işlər Azərbaycanın hazırkı inkişaf səviyyəsinə çatmasında da özünü ifadə edir. Ölkəmizin ev sahibliyi edəcəyi COP29 iqlim dəyişikliyi ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa imkan verəcək. Azərbaycan kimi digər bütün ölkələr də bu problemin həllinə töhfə verməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31