Zəfərimizi şərtləndirən xalqın ruhu idi- ÖZƏL
9 Oktyabr 2024 15:29 Siyasət"Bu gün azad olunmuş bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük, nə qədər vətənpərvər xalqdır". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Gədəbəy rayon təşkilatının əməkdaşı Anar Məmmədovun sözlərinə görə, ölkə Prezidenti İlham Əliyevin Aşıq Ələsgərin abidəsinin açılış mərasimində qeyd edib ki, 30 ilin əziyyəti, əzabları xalqımızı sındırmadı: "II Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda böyük şücaət göstərdilər. Gücümüz cəmiyyətin və xalqın birliyindədir, bu birlik olmasaydı, biz heç vaxt müharibədə qalib gələ bilməzdik. Bu Zəfəri şərtləndirən xalqın ruhu idi və əsgəri önə doğru göndərən də xalqın ruhu idi, onun tərbiyəsi idi.Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. Xalq-iqtidar birliyindən söz açan ölkə başçısı bildirdi ki, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr, yəni, bir il göstərdi ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz".