Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz- ÖZƏL

"27 sentyabr 2020-ci il tarixində düşmənin növbəti təxribatını dəf etmək və təcavüzə son qoymaq üçün Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu əks-hücuma keçərək uzun illər davam edən işğala 44 gün ərzində son qoydu. Dövlət-xalq birliyindən güc alan qəhrəman ordumuz işğalda olan torpaqlarımızı azad etməklə xalqımıza qürur yaşatdı, haqq-ədaləti bərpa etdi". "Olaylar" xəbər verir ki, bunu YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov deyib: "Cənab İlham Əliyevin Cəbrayılda verdiyi mesaj Ermənistanı ciddi düşündürməlidir. Heç bir sanksiya, təzyiq, hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Biz ölkəmizdə və bölgəmizdə sülh və əmin-amanlığın olması üçün əlimizdən gələni edəcəyik. Bizim siyasətimizin hədəfi Azərbaycan vətəndaşının təhlükəsizliyini təmin etmək, sosial rifahını yüksəltməkdən ibarətdir. Qarabağ və Şərqi Zəgəzurda tikinti-quruculuq işləri bundan sonra daha da sürətlə aparılacaq. Biz ermənilərin viran qoyduğu o torpaqları gülüstana çevirməklə məşğuluq. Qoy Ermənistan və onun arxasında duran qüvvələr 2020-ci ilə qədər olan Qarabağla, həmin tarixdən sonrakı Qarabağı müqayisə etsinlər. Bu müqayisə Azərbaycan və Ermənistanın mahiyyətini, niyyətini də ortaya qoyur".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31