Böyük Qayıdış layihəsi bütün dünyada böyük maraq doğurur- ÖZƏL
9 Oktyabr 2024 10:53 Siyasət"Qarabağ və Şərqi Zəngəzurda dövlət tərəfindən həyata keçirilən işlər və qarşıdakı müddət ərzində reallaşdırılması nəzərdə tutulan layihələr əsas etibarı ilə sosial xarakterlidir". "Olaylar" xəbər verir ki, bunu YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov deyib: "Bütün bunlar doğma yurd-yuvalarına qayıdacaq insanların rahatlığına, təhlükəsiz şəraitdə yaşamalarına xidmət edir. Böyük Qayıdış layihəsi bütün dünyada böyük maraq doğurur. Aparılan bərpa-quruculuq prosesləri fonunda Azərbaycan, eyni zamanda, işğal müddətində bu yerlərdə törədilən erməni vandalizmini də bütün dünyaya nümayiş etdirir".
Alim Hüseynli
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31