Rusiyanın Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyası bitdi- ÖZƏL

"MDB dövlət başçılarının sammitində Rusiya prezidenti Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda görüş keçirdi. Halbuki Rusiya tərəfi prezident İlham Əliyev və N. Paşinyanla üçtərəfli görüş keçirib, sülh müqaviləsi üzrə vasitəçilik missiyasını nümayiş etdirəcəkdi". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyası Başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: "Ermənistan tərəfi belə bir görüşə razı olmadı. Kremlin mətbuat katibi D. Peskov da bir tərəfin belə bir görüşə razı olmadığını qeyd etdi. Sir deyil ki, üçtərəfli görüşdən imtina edən Ermənistan tərəfidir.
Bununla da Rusiyanın Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyası bitdi. Ermənistan artıq Azərbaycanın təklif etdiyi ikitərəfli danışıqlara üstünlük verir. Moskvada  belə bir görüşə ehtiyac yox idi. 
Rusiya üçün aktual olan Zəngəzur dəhlizinin açılmasıdır. V. Putin hər iki liderlə Zəngəzur dəhlizini müzakirə edib. Rusiya dəhlizə nəzarət etmək üçün N. Paşinyanla danışıqlar aparır. Bu kontekstdə danışıqlar müsbət istiqamətdə irəliləyişə gətirib çıxaracağı istisnadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31