Azərbaycanın zəngin folklorunun qorunmasına ehtiyac var- ÖZƏL

"Dövlət başçısı, Aşıq Ələsgərin irsinin yalnız mədəni irs deyil, eyni zamanda milli dəyərlərimizin bir hissəsi olduğunu vurğuladı. O, Azərbaycanın zəngin folklorunun, aşıq sənətinin və musiqi ənənələrinin qorunmasının vacibliyini qeyd etdi. Prezident Əliyev, abidənin açılışının Aşıq Ələsgərin xatirəsinə olan ehtiramın bir göstəricisi olduğunu, gənc nəslin onun irsini öyrənməsinin və davam etdirməsinin zəruriliyini bildirdi". "Olaylar" xəbər verir ki, bunu YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev deyib: "Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31