İlham Əliyevin səsləndirdiyi fikirlər Ermənistan və onun havadarlarına ciddi mesaj kimi qəbul edilməlidir- ÖZƏL

"Prezident İlham Əliyevin cəbrayıllılarla görüşündə səsləndirdiyi fikirlər Ermənistan və onun havadarlarına ciddi mesaj, xəbərdarlıq kimi qəbul edilməlidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Xarici dövlətlərin, beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli mövqelərini diqqətə çatdıran dövlətimizin başçısı Ermənistana açıq mesaj göndərdi ki, təhlükəli oyunlarla oynamasın. Onlar bir tərəfdən sülhdən danışırlar, digər tərəfdən isə sürətlə silahlandırılır. Silahı verən isə əsasən, Fransa başda olmaqla Qərb ölkələridir. Dünyada vəziyyət dəyişir. Azərbaycan Ermənistanın şıltaqlıqlarına, təxribatlarına seyirci qalmayacaq, sonsuz dözümlülük göstərməyəcək. Qırmızı xətti keçəcəyi təqdirdə, Azərbaycan dövləti Ermənistanı necə cəzalandıracağımızı yaxşı bilir. Eyni zamanda, biz xarici dövlətlərin, beynəlxalq təşkilatların ölkəmizə qarşı qərəzli siyasətlərinə adekvat addımla cavab verəcəyik. Bizimlə sanksiya dilində danışan ölkələrlə əməkdaşlıq məsələlərinə yenidən baxmalıyıq. 30 illik işğal dövründə Ermənistana qaşın üstündə gözün var, deməyən, 44 günlük Vətən müharibəsi zamanı ölkəmizə qarşı təhdid dilində danışan xarici dövlətlər postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurun bərpası işində Azərbaycana dəstək vermək əvəzinə, sanksiya məsələlərini gündəmə gətirirlər".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31