ABŞ ölkəmizə qarşı qərəzli davranışlar sərgiləyir

"Azərbaycan torpaqları 30 il işğalda qalıb. Ermənistan işğal altında saxladığı torpaqlarda törətdiyi terrorla ölkəmizə yüz milyard dollar ziyan vurub. Azərbaycan isə son 3 ildə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 10 milyard dollar ayırıb. Ermənistan dağıdır, Azərbaycan bərpa edir. Fərq budur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib: "Ermənistanın tamamən dağıtdığı ərazilərə baxıb Azərbaycanın suveren hüququ dəstəklənməli idi. Lakin bir sıra ölkələr qərəzli davranışlar, addımlar sərgiləməyə davam edir. SSRİ hakimiyyəti zamanı Ermənistanda 170 milyondan çox azərbaycanlı yaşayırdı. 1989-cu ildə isə Ermənistan statistikasında göstərilir ki, bu ərazilərdə bir azərbaycanlı belə yaşamır. 700 minə yaxın azərbaycanlı öz ata-baba yurdundan didərgin salınıb. 30 il müddətində 1 milyon azərbaycanlı etnik təmizləməyə məruz qalıb. Lakin bütün bunlara rəğmən ABŞ ölkəmizə qarşı qərəzli davranışlar sərgiləyir. Amma bu addımların heç bir nəticəsi olmayacaq və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında günü-gündən daha da güclənəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31