COP29 Azərbaycanın beynəlxalq nüfuzunu daha artıracaq

COP29-da iştirak edənlərə xüsusi, ödənişsiz vizalar təklif ediləcək. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bugünkü iclasında bildirib.

Komitə sədri qeyd edib ki, vizaları səfriliklərimiz və konsulluqlarımızdan da əldə etmək mümkün olacaq: "Nəqliyyat və hotel xidmətləri yüksək səviyyədə göstəriləcək. COP29 Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha artıracaq. Eləcə də turizmimizə bunun böyük töhfəsi olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31