ABŞ-la əlaqələrimizi ciddi surətdə gözdən keçirməliyik - Komitə sədri
8 Oktyabr 2024 11:54 Siyasət"Biz Xarici İşlər Nazirinə ünvanladığımız məktubda ABŞ-la münasibətlərə yenidən baxmaq məsələsini qeyd etmişik". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söyləyib:
"Bu, birinci addım deyil. ABŞ COP29-un ölkəmizdə keçirilməsinə razılıq verib. Daha sonra bununla bağlı Dövlət Departmenti vasitəsilə başqa fikir bildirilib. Ümumiyyətlə, ABŞ-nin regionumuzda siyasətinin səmimiliyinə inam itib. Biz ABŞ-la əlaqələrimizi ciddi surətdə gözdən keçirməliyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31