Minsk Qrupunun həmsədri olan ABŞ 30 ildə sülh üçün lazım olan addım atmayıb

"BMT-yə üzv iki yüz ölkə beynəlxalq hüquqa sadiqliklə bağlı öhdəlik götürüb. Lakin dünyanı idarə etmək naminə beynəlxalq hüququ heçə sayırlar". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasda deputat Azər Badamov bildirib: "Minsk Qrupunun həmsədri olan ABŞ 30 ildə sülh üçün lazım olan addım atmayıb. Azərbaycanı alçaldıcı sülhə məcbur etmək istəyirdilər. İndi torpaqlarımızı özümüz azad etmişik. Bu niyə onları narahat edir? ABŞ konqresmenlərinin addımına sevinən xalqın düşmənləri əli kərimlilər də var. Onlar xalqımızın yenə də pis günə düşməsini istəyirlər. Buna imkan verməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31