ABŞ və Fransa Qarabağ problemini canlandırmaq üçün sistemli addımlar atır- ÖZƏL

"ABŞ Konqresindəki bəzi qrupların ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə açıq şəkildə hörmətsizlik nümayiş etdirərək, Azərbaycandakı vəziyyəti insan hüquqları pərdəsi altında necə təhrif etdikləri təəssüf doğurur". "Olaylar" xəbər verir ki, bunu Milli Məcllisin deputatı Bədəl Bədəlov deyib: "ABŞ və Fransa Qarabağ problemini canlandırmaq üçün sistemli addımlar atır. Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı və hərbi təcavüzü dövründə azərbaycanlılara qarşı törədilmiş genişmiqyaslı etnik təmizləmə və qətliamlar, eləcə də Azərbaycanın dini və mədəni abidələrinin yer üzündən silinməsi isə əksinə, heç vaxt ABŞ Konqresi tərəfindən qınanmayıb.

Ermənistandan fərqli olaraq, Azərbaycan dəfələrlə erməniləri və azərbaycanlıları birgə yaşamağa və əməkdaşlığa çağırıb və ermənilərin Azərbaycan vətəndaşları kimi bütün hüquq və imtiyazlarla təmin oluna, müdafiə və təhlükəsizlikdən yararlana biləcəklərinə dair təminat verib. Eyni zamanda, regionumuzdakı vəziyyətin dini çərçivədə qarşıdurma kimi qələmə verilməsi narahatlıq doğurur, bu kimi addımlar sülh quruculuğuna və barışığa zərər vurur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31