Azərbaycan - Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib
26 Avqust 2024 14:20 SiyasətAzərbaycan və Özbəkistan arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin oktyabr ayının 2-də qurulub. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. Bu gün on minlərlə azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Məslə orasındadır ki, Azərbaycanla Özbəkistan və Mərkızi Asiya dövlətıəri arasında tarixi mədəni əlaqələr, etnik birlik, Azərbaycan və özbək dillərinin yaxınlığl, xalqlar arasında qarşılıqlı hörmət qarşılıqlı münasibətləri daha da möhkəmləndirir. Xatırladaq ki, Özbəkistan o dövlətlərdəndir ki, 30 illik işğal zamanı Ermənistanla diplomatik münasibətlərinin qurulmasını arxa plana keçirib. Bu illər ərzində Özbəkistan Ermənistanda səfirlik açmadı, həmçinin Ermənistanın da Daşkənddə səfirlik açmasına icazə vermədi.
İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Hələ 1996-cı ildə Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Dövlətlər Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. Səfər çərçivəsində Heydər Əliyev dövlət başçılarının Forumunda çıxış edərək bildirib ki, türkdilli dövlət başçılarının müntəzəm görüşləri bu ölkələr arasında əməkdaşlığın inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsinə, onların müstəqilliyinin möhkəmləndirilməsinə kömək edir.
Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfərlərini münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Belə ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin varislik prinsipləri əsasında həyata keçirdiyi siyasət iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsini şərtləndirir. Bunun bariz nümunəsi olaraq 23-24 mart 2004-cü il tarixdə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasında dövlət səfərində olub. Səfər çərçivəsində iki ölkə rəhbərinin təkbətək görüşü keçirilib. Dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşdə Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, Cənubi Qafqazda və Mərkəzi Asiyada təhlükəsizlik məsələləri, regional və beynəlxalq problemlər barədə, habelə ölkələrimizi maraqlandıran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər iqtisadi əməkdaşlığın inkişafına, o cümlədən qarşılıqlı mal dövriyyəsinin artırılmasına, nəqliyyat və energetika məsələlərinə, habelə humanitar və mədəni əlaqələrin genişləndirilməsinə böyük diqqət yetiriblər. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı keçirilən görüşlər, müzakirə olunanan məsələlər və ən nəhayət imzalanan sənədlər deməyə əsas verir ki, iki ölkə arasında əməkdaşlıq səviyyəsi ən yüksək həddə çatıb.
Konkret olaraq, Azərbaycanın Özbəkistanla müttəfiqlik sazişi dövlətlərarası münasibətlərin ən yüksək forması kimi xarakterizə olunur. Heç şübhəsiz ki, Özbəkistanla belə bir münasibətin yaranması prezident İlham Əliyevin yürütdüyü düşünülmüş xarici siyasətin nəticəsidir. Təsəvvür edin ki, əksər dövlətlər arasında müttəfiqlik səviyyəsinə çatmaq üçün 10-20 ilik tərəfdaşlıq tələb olunur. Amma Azərbaycan prezideninin cəmi 2 il əvvəl 2022-ci ildə Özbəkistana dəvlət səfəri və sonrakı dinamika strateji müttəfiqliyə gətirib çıxardı.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan müstəqil dövlət olaraq bir sıra ölkələrlə strateji müttəfiqlik sənədi imzalayıb. Belə ki, Azərbaycanın Türkiyə, Rusiya, Özbəkistanla strateji müttəfiqlik sənədləri ortalıqdadır. Çinlə strateji tərəfdaşlıq müqaviləsi imzalanıb. Strateji müttəfiq dövlətlərin sayının artması isə Azərbaycanın siyasi uğurunun təntənəsidir. Başqa sözlə, bu kimi müqavilələrin imzalanması Azərbaycanın nəinki tərəfaşlarının, artıq siyasi mütəfqlərinin də coğrafiyasını genişləndirir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Özbəkistanla təkcə siyası deyil, eləcə də iqtisadi əlaqələrin genişlənməsində maraqlıdır. Azərbaycanla Özbəkistan arasında iqtisadi sahədə əməkdaşlıq, imzalanmış sənədlər, qarşılıqlı sərmayələr və birgə layihələr bunun göstəricisdir. İndiyədək mövcud olan layihələrdən əlavə, bu səfər ərəfəsində yeni layihələrin əsasının qoyulması, qarşıdan gələn dövr ərzində iqtisadi, ticarət və sarmaye əlaqələrinin daha da güclənməsi üçün zəmin yaratmış oldu. Təkcə onu qeyd etmək kifayətdir ki, Özbəkistanın sərmayəsi ilə Xankləndinə tikiş fabrikinin tikintisi minə qədər yeni iş yerinin açıması ilə müşahidə olunacaq. Bundan əvvəl azad olunmuş ərazidə məktəb tikintisi, İmişli və Yevlaxda iqtisadi klasterkərin yaradılması fikrimizi bir daha təsdiq etmiş olur. Azərbaycanın da öz növbəsində Özbəkistana sərmayələri davamlı olacaq ki, bu da iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə səbəb olacaq.
Alim