İstehlak bazarı təhlükəli mal və məhsulların satış poliqonuna çevrilib
24 May 2024 16:38 SiyasətYerli istehsalı inkişaf etdirməklə bunun qarşısını almaq mümkündür
Hazırda Azərbaycanın qarşıya qoyduğu mühüm hədəflərdən biri ölkəmizin qeyri-neft sektorunda həm idxalı əvəz edən mal və məhsulların payını artırmaq, həm də ixrac imkanlarının genişləndirilməsidir. Son illər bu istiqamətdə müəyyən işlər görülsə də, mövcud potensillarımızdan istifadənin dərəcəsinin hələ də aşağı səviyyədə qalması baxımından görülməsi vacib olan işlər daha çoxdur. Belə ki, bu ilin 4 ayı ərzində Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 17 milyard manatlıq və ya 3,3 faiz çox mal və məhsul satılmışdır.Onun 8,6 milyard manatlığı və ya 51 faizi ərzaq məhsullarnın,882 milyon manatlığı və ya 5,2 faizi içkilərin və tütün məmulatının, 2,3 milyard manatlığa yaxını və ya 13 faizdən çoxu toxuculuq məhsulları,geyim və ayaqqabının, 750 milyon manatlığı və ya 4,4 faizi elektrik malları və mebellərin, 222 milyon manatlığı və ya 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 400 milyon manatlıqdan çoxu və ya 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının, 988 milyon manatlığı və ya 5,8 faizi avtomobil benzini və dizel yanacağının, 2 milyard 755 milyon manatlıqdan çoxu və ya 16 faizindən çoxu digər qeyri-ərzaq mallarının payına düşür. Milli Məclisin deputatı Əli Məsimli hesab edir ki, yerli istehsal yetərincə inkişaf etmədiyindən, tələbatın məqbul sayıla biləcəyindən daha çox hissəsi idxal hesabına təmin olunur və həmin mal və məhsulların xeyli hissəsi xaricdən gətirilir. Əhalinin gəlirlərinin xeyli hissəsi ərzaq mallalrının alınmasına sərf olunur. Bununla yanaşı, belə şəraitdə qeyri-ərzaq mallarının alınmasının bir hisssəsi istehlak kreditləri hesabına həyata keçirilir. Belə çıxır ki, bu halda əhali ağır borc altına girməklə əldə etdiyi istehlak kreditləri hesabına xaricdən ölkəmizə mal göndərən şirkətlərin istehsalının genişləndirilməsini stimullaşdırmalı olur:
"Müqayisəli üstünlük nəzəriyyəsi deyir ki,beynəlxalq ticarətdə iştirak edən ölkə müəyyən əmtəəni digər ölkələrlə müqayisədə daha aşağı nisbi xərclə istehsal edə bildiyi halda müqayisəli üstünlük əldə edir. Bu əsasda dünyada özünə lazım olan hər şeyi yüzdə-yüz faiz olmaqla özü istehsal edən ölkə yoxdur, amma özünə lazım olan şeylərin əsas hissəsini və ya çoxunu iqtisadi təhlükəsizlik meyarları baxımından özü istehsal edən olkələr var. Eləcə də müxtəlif dərəcədə, həm də iqtisadi təhlükəsizlik meyarları baxımından kritik dərəcədə idxaldan asılı olan ölkələr mövcuddur. Daxili istehlakda idxalın payı 30 faiz, o cümlədən ərzaq idxalınn payı 25 faizə çatanda, kritik həddlər hesab olunun və həmin hədlərin keçilməsi iqtisadi təhlükəsizilik meyarları baxımından problümli hesab olunur. Bu kontekstdə xaricdən ölkəmizə gətirilən mal və məhsulların bir hissəinin idxalı davam edəcək. Amma idxal etdiyimiz mal və məhsulların xeyli hissəsini ölkəmizdə istehsal etmək mümkündür. Çünki xaricdən gətirilən mal və məhsulların bir hissəsi keyfiyyət və qiymət baxımından qənaətbəxş səviyyədə olsa da, xeyli hissəsi həmin tələblərdən uzaqdır. Eyni sözləri yerli mal və məhsullar haqqında da demək olar. Bu minvalla Azərbaycanın istehlak bazarı xeyli dərəcədə həm yerli, həm də xaricdən gətirilən keyfiyyətsiz, insan həyatı və sağlamlığı üçün yararsız və təhlükəli mal və məhsulların satış poliqonuna çevrilib".
Əli Məsimli qeyd edib ki, Azərbaycanın idxala bağlılığının,i dxaldan asılılığının azaldılması üçün görülməsi zəruru olan işlər arasında bir-biri ilə sıx əlaqədə olan 3 məsələnin həllini sürətləndirmək lazımdır: "Birincisi, ölkələr arasında texnoloji fərqlər əmək məhsuldarlığında fərqliliklərə səbəb olur. Əmək məhsuldarlığındaki hər məhsul vahidinə çəkilən xərclərin miqdarındakı fərqlər isə öz növbəsində müxtəlif ölkələrin müqayisəli üstünlüklərini müəyyən edir. Müqayisəli üstünlük prinsipi üzrə ölkəmizdə texnoloji yeniliklərin tətbiqinin, idxalı əvəz edən mal və məhsulların istehsalının genişləndirilməsi və əmək məhsuldarlığının yüksəldilməsi üçün əlavə tədbirlərin həyata keçirilməsi.
İkincisi, yerli məhsulların keyfiyyıtinin yüksəldilmsinə diqqətin və rəqabət qabiliyyətinin artırılması. Üçüncüsü, yerli məhsulların qiymətlərinin optimallaşdırıllaşdırılması və əhalinin əsas hissəsinin tədiyyə qabiliyyətli tələbi baxımından əlçatanlığının təmin edilməsi hesabına rəqabət qabiliyyətinin artırılması. Bütün bunlara ölkədə islahatları dərinləşdirmək, sahibkarların qanunla müəyyən olunmuş bütün istiqamətlərdə səmərəli fəaliyyətinə imkan yaradan açılımlara getmək, inhisarçılığa qarşı mübarizəni gücləndirmək, rəqabəti təşviqlandırmək və s. yolu ilə ciddi addımlar atmaq hesabına nail olmaq olar. Azərbaycanda istehsal olunan sənaye məhsullarının 90 %-dən çoxu Bakı və Abşeronda yerləşir. Regionların potensialının geniş planda hərəkətə gətirilməsi, yerlərdə daha perspektivli və innovativ iş yerlərinin açılması istiqamətində addımların atılması çox vacibdir.Yerli istehsala, xüssən də innovativ məhsulların həcminin artırılmasına yönələn investisiya qoyuluşu artırılmalıdır. Regionlarda aşağı faizli və əlverişli şərtlərlə kredit imkanları genişləndirilməli, kreditlərə əlçatanlıq təmin edilməlidir. Sahibkarlığın inkişafının sürətlənməsinə mane olan bütün amillər aradan qaldırılmalıdır.
Həmin tədbirlərin davamlı və sistemli şəkildə həyata keçirilməsi idxalı əvəz edən mal və məhsulların mümkün hissəsinin Azərbaycanda təşkilinə, ölkədə yerli istehsal əsaslı məhsul bolluğunun yaradılmasına, idxaldan asılılığının və ölkədən valyuta axının azaldılmasına, innovasiyaların istehsala tətbiqinin, rəqabət qabiliyyətli istehsal sahələrinin, məhsul istehsalının və iş yerlərinin dairəsinin genişləndirilməsinə, əhalinin güzəranının yaxşılaşmasına müsbət təsir edə bilər".
Alim