Onlar parçalamaq, biz isə yaratmaqla məşğuluq-Elşad Həsənov- ÖZƏL

"Göstərilən binaların dağıdılması çox vacib idi. Çünki, onlar birbaşa azərbaycanlılara qarşı soyqırım təşkil etmiş, terror törətmiş adamların yığıncaq yeri, yuvası idi. Ordan Azərbaycan xalqına qarşı çox böyük cinayətlər törədilmişdi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elşad Həsənov qeyd edib:

"Onların parlamentləri, üstündəki işarələr, rəsmlər bir başa erməni vəhşiliyini, barbarlığını əks etdirən rəsmlər idi. Ona görə də onlar təcili sökülməli idi və bu baş verdi. Təbii ki, biz Azərbaycanın hər yerində olduğu kimi, Xankəndində də yeni baş plan hazırlanır. Orda da müasir, zövqoxşayan gözəl binalar tikəcəyik. Erməni qəsbkarlarını torpağımızdan qovandan sonra, silahlı dəstələr rədd olub gedəndən sonra biz öz ərazimizdə yaratmaqla, qurmaqla məşğuluq. Böyük ərazilərdə minalardan təmizlənmə işləri gedir, proses nə qədər çətin olsa da, davam edir. Biz Xankəndində Azərbaycan xalqına məxsus arxitekturalı binalar, Azərbaycana məxsus ornamentli binalar tikəcəyik. Bu da ora gələn insanların hər birini valeh edək. Ermənilərin bu gün hay-küy salmasının bizə heç bir aidiyyatı yoxdur. Bu, onların peşəsidir, balaca bir şeyi böyüdüb, fil edirlər. Bu, bizim ərazimizdir, bizim yerimizdir. Erməni terroristlərinin, qəsbkarlarının Azərbaycana qarşı gördükləri terror təxribat hərəkatlarının cızıldığı yer bizim üçün qəbuledilməzdir. Buna görə də onların üzərində olan işarələr Azərbaycan üçün qəbulolunmazdır. Onlar hamısı sökülüb, rədd edilməlidir. Biz xalq olaraq Qarabağın hər bir yerində, o cümlədən Xankəndində müasir binalar, mədəniyyət abidələri və gözoxşayan infrastruktur yaradacayıq. Bu, çox uzun çəkməyəcək. Tikinti işləri sürətkə gedir. Bizim məqsəd və məramımız tezliklə  azad olunmuş yerlərdə binalar tikmək, məktəbləri bərpa etmək və əhalimizi öz torpaqlarına, öz doğma ocaqlarına qaytarmaq və orda yeni, gözəl həyat qurmaqdır. Bu yöndə də biz xalq olaraq hamımız birlikdəyik, çalışırıq. Yaxın 1-2 ilə bu işlərin çoxu yekunlaşacaq. Həmin terrorçu dəstələri isə bunu uzaqdan izləyəcəklər. Fevralın 12-də əsgərimizi yaraladılar və sonra Tovuz istiqamətində təxribatlar törətdilər. Bizsə, 13-də onların cavabını verdik. Həmin terrorçu dəstənin 4 üzvü cəhənnəmə vasil oldu. Bunlar faktdır, ermənilər də bu faktlardan qaça bilmirlər. Onlar parçalamaqla, biz isə yaratmaqla məşğuluq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31