Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini nə zaman bərpa edəcək ? - AÇIQLAMA

Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində addımlar müzakirə edilir.

Olaylar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

"Bu barədə addımlar müzakirə edilir. Səfirliyin açılacağı tarix məlum deyil", - deyə o bildirib.

Qeyd edək ki, ötən il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hadisə nəticəsində səfirliyin 1 əməkdaşı şəhid olub, iki əməkdaşı yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31