Ermənistan artıq öz hərəkətlərini redaktə etməlidir-Zeynal Əmrəliyev- ÖZƏL

"İran və Ermənistan arasında sıx münasibətlər bilinən bir məsələdir. İran zaman-zaman öz qonşuluğa zidd hərəkətləri ilə bir məsələdə öz mövqeyini bildirmiş olur. Bu günlərdə Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov İrana səfər edib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Səfərdən müəyyən müsbət mesajlar var. İran tərəfi yaranmış bu müsbət atmosferi korlamaq istəyirsə belə bir addım ata bilər. İran özü öz daxilindən siyasi olaraq paranmış dövlətdir. Burda fərqli maraqları var ki, israrla Ermənistanın yanında durmaq istəyirlər. Nə qədər maraqlı da olsa İranın bu məsələdə ki movqyi Qərb dünyasının böyük dövlətlərindən olan Fransa ilə üst - üstə düşür. Ancaq dövlətin özü Azərbaycanla regional əməkdaşlıq da , mehriban qonşuluq münasibətində maraqlı olmalıdır. Çünki, Azərbaycan Cənubi Qafqazda əsas gücdür. İran bununla hesablaşmalıdır. Tehranın hesablaşmalı olduğu digər bir məsələ isə cənubda yaşayan soydaşlarımızdı. Onların həssaslığı məlum məsələdir. 44 günlük müharibədə soydaşlarımız çox gözəl bir mövqe ortalığa qoydular. Mən İran və Ermənistan arasında müqavilə imzalansa belə bu hərbi əməkdaşlığın uğurlu olacağını inanmıram. Ermənistan artıq öz hərəkətlərini redaktə etməlidir. Bir tərəfdən Azərbaycanla sülh danışıqlarında iştirak edib, digər tərəfdən müxtəlif ölkələrin vasitəsi ilə silahlanmaq bu regiona sülh gətirməyəcək. Paşinyan hökuməti müxtəlif paytaxtlara boyun əyməməli, qətiyyət göstərməlidir. İrandan və ya digər ölkədən silah alıb buna güvənib revanşa cəhd etmək Ermənistanı uçuruma aparacaq. Ermənistan üçün yeganə çıxış yolu Azərbaycanın haqlı tələblərini qəbul edib sülh müqaviləsinə imza atmaq və mehriban qonşuluq mühiti quraraq regionla əməkdaşlıq formatında iştirak etməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31